“Münaqişənin nəzarətdən çıxıb NATO-Rusiya savaşına çevrilməsindən qorxuram”- Stoltenberq

“Qorxuram ki, Ukraynadakı münaqişə nəzarətdən çıxıb NATO ilə Rusiya arasında böyük müharibəyə çevrilər. Amma əminəm ki, biz bundan qaçacağıq”.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“Əgər nəsə səhv getsə, vəziyyət dəhşətli ola bilər. Lakin Rusiya prezidenti Vladimir Putin NATO-nun blok ölkələrini müdafiə etmək qabiliyyətinə şübhə etməməlidir”, – Baş katib bildirib.

Stoltenberq NATO-nun Şərqi Avropada mövcudluğunu artırdığını qeyd edib. O, həmçinin əlavə edib ki, Alyansın ən mühüm vəzifəsi Avropada genişmiqyaslı müharibənin qarşısını almaqdır və bunun üzərində hər gün işləyirlər.

Azpost.info

Əvvəlki məqalə

Tərtərdə su kanalı uçub –

Sonrakı məqalə

“Moskva və Kiyevə hər cür dəstəyi verməyə hazırıq”