Sosiska ilə bişirilən xəmir məhsulları sağlamlığınız üçün ən təhlükəlidir.
Azpost.info -nun məlumatına görə, bu barədə endokrinoloq və dietoloq Anton Polyakov aif.ru-ya bildirib.
“Bunlardan hansı daha sağlamdır? Düzünü desəm, onlardan heç birini yemək ən sağlam seçimdir. Ən təhlükəli, ən zərərli seçimdən danışırıqsa, bu, yəqin ki, sosiska ilə qızardılmış xəmirdir. Bu, ən pis seçimdir. Belə yemək yeməkdənsə, qəlyanaltıdan imtina etmək daha yaxşıdır”, – deyə həkim bildirib.
Polyakov vurğulayıb ki, bişmiş və qızardılmış qidalar arasında seçim edərkən bişmiş məhsullar bir az daha yaxşıdır, lakin ümumilikdə bu cür qidalar çox az fayda verir və çox nadir hallarda yeyilməlidir.
Mütəxəssis yolüstü qəlyanaltı, xüsusən də fast food-la ehtiyatlı olmağa çağırıb. Dietoloqun sözlərinə görə, xəmirdə qızardılmış sosiskalar əsl “kalori bombası”dır.