Murad Dadaşov Tolikin verilişini bağladı

Prodüser Tarix Əliyevin (Tolik) aparıcısı olduğu “Hər şey daxil” verilişi bağlanıb.

Buna ötən gün canlı yayımda Əməkdar artist Elza Seyidcahanla müğənnilər Manaf Ağayev və Mətanət Əsədovanın qalmaqalı səbəb olub.

İki gün öncə telekanalın rəhbəri vəzifəsinə təyin edilən Murad Dadaşov həmin buraxılışdan dərhal sonra iclas keçirib və verilişin bağlanmasına qərar verib.Məsələ ilə bağlı açıqlama verən Tolik bildirib ki, bu barədə hələlik məlumatsızdır: “Mənə heç bir şey deyilməyib. İndi iclasa gedirəm”.(axsham.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan koronavirusla mübarizədə İrana yardım göstərəcək

Sonrakı məqalə

Azərbaycanda 20 mindən artıq qadın 8 martda doğum gününü qeyd edir