Müsavat və REAL Lökbatanda mitinq keçirməkdən imtina etdi –İlqar Məmmədov açıqlama verdi

Müsavat və REAL Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin mitinq üçün Lokbatanda onlara ayırdığı məkandan imtina edib.

Azpost.info bildirir ki, bu barədə REAL sədri İlqar Məmmədov bildirib.

Onun sözlərinə görə, fevralın 16-na təyin edilmiş etiraz aksiyasını Bakı şəhərində keçirmək niyyətindədirlər: “Lökbatan təklifindən imtina etdik. 16 fevralda aksiya Bakı şəhərində keçirilməlidir”-deyə o yazıb.

Xatırladaq ki, BŞİH müxalfitəin seçkinin nəticələrinə etirazla bağlı aksiya müraciətinə əvvələcə rədd cavabı verib. Lakin sonra qərarı dəyişərək Lökbatanda yerləşən idman meydançasında keçirilməsinə razılıq verib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda Mərkəzləşdirilmiş Elektron Reyestr yaradılır

Sonrakı məqalə

MSK-nın iclası başladı, müraciətlər müzakirə olunur