Müsavatın Məclis sədrinin deputatlığa namizədliyi qeydə alınıb

01 Yanvar 2020 - 14:10

Müsavat Partiyasının Məclisinin sədri Nüşabə Sadıxlının deputatlığa namizədliyi Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.

Azpost.info -nun məlumatına görə, bu haqda etikxeber.az-a açıqlamasında Müsavatın başqanı Arif Hacılı deyib. Onun namizədliyi 33 saylı Xətai birinci Seçki Dairəsindən qeydə alınıb. “80-ə yaxın namizədimiz var. Hələlik çoxu imza vərəqələrini təhvil verməyiblər, imzatoplama kampaniyası davam edir”-deyə, A. Hacılı sözlərinə əlavə edib.

N.Sadıxlı isə namizədliyinin qeydə alınması ilə bağlı bunları deyib: “Qeydiyyatdan keçmişəm. İmzatoplama kampaniyasında iştirak edən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, həmin dairədən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi yazıçı-dramaturq, partiyanın Xətai təşkilatının sədri, 4-cü dəfə seçkilərə qatılan millət vəkili Mirələmov Hüseynbala Fazil oğludur.