Müxalifət və iqtidaryönlü partiyaların Şuşaya səfəri başa çatıb –

FOTOLAR
07 Oktyabr 2021 - 20:56

Xəbər verdiyimiz kimi ölkənin siyasi partiya rəhbərlərinin və politoloqların işğaldan azad olunmuş ərazilərə növbəti birgə səfəri təşkil olunub.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə baş tutan Şuşa səfərində ölkəmizdə fəaliyyət göstərən 43 siyasi partiyanın 55 nümayəndəsi ilə yanaşı, tanınmış politoloq və siyasi şərhçilər də təmsil olunub.

Şuşa səfəri məşhur Cıdır düzünün ziyarəti ilə başlayıb. Daha sonra səfər çərçivəsində iştirakçılar Vaqif türbəsini, Saatlı, Yuxarı və Aşağı Gövhərağa məscidlərini, Şuşa qalasını, Xan qızı Natəvanın evini, şəhərin mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Bülbülün ev-muzeyini, həmçinin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalandığı ərazini ziyarət ediblər. Səfər iştirakçıları Şuşada aparılan təmir-bərpa işləri ilə də yaxından tanış olublar.

Xatırladaq ki, partiya rəhbərlərinin bu cür ilk birgə səfəri cari ilin 17 mart tarixində Ağdam şəhərinə təşkil olunub.

Foto: Musavat.com-undur.