“Müxaliflər Belarusda çevrilişi həyata keçirə bilməyəcək” –LUKAŞENKO

Müxaliflər Belarusda hakimiyyətin devrilməsi variantlarından heç birini həyata keçirə bilməyəcəklər.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko parlament və yerli şuralara seçkilərdə səs verdikdən sonra jurnalistlərə müsahibəsində bildirib.

“Onların heç bir variantı, hətta ən radikal variantı belə Belarusda işləməyəcək. Biz əvvəlki səhvlərimizdən necə nəticə çıxaracağımızı bilirik. Ona görə də onların ümid edəcək heç nəyi yoxdur”, – Belarus lideri əlavə edib.

Əvvəlki məqalə

Abşeron-Xızı Regional Təhsil İdarəsi şagirdin səs yazısını araşdırır

Sonrakı məqalə

Lerikdə avtomobil 500 metr yüksəklikdən dərəyə aşıb –