Mələkxanım Eyubovanın gəlininin vəziyyəti ağırdır

Xalq artisti Mələkxanım Eyubovanın gəlini Səadət Nəcəfovanın səhhəti pisləşib.

Bu barədə sənətçinin böyük oğlu Cəfər Nəcəfov məlumat yayıb:

“Yoldaşımda böyrək çatışmazlığı yaranıb. Həyati təhlükəsi var. Heç bir təcili yardım qəbul etmir”.

Cəfər daha sonra xəstəxana tapdıqlarını deyib: “Mərkəzi Gömrük Hospitalı qəbul etdi. 2+ qan lazımdır”.

Qeyd edək ki, cütlüyün iki qızı var. (Olay.az)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.