“Mərkəzi Bankın bəyanatında yazılanlar riskli yanaşmadır” –EKSPERT ŞƏRHİ

Mərkəzi Bankı 2026-cı il üçün pul-kredit siyasətinə dair bəyanatını açıqlayıb.
AzPost bildirir ki, qurum öz mandatına uyğun olaraq qiymət sabitliyinin qorunmasına nail olacağına ümid edir.
İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, bu ümidin də əsas bazası kimi məzənnə sabitliyinin olacağı çıxış edir: “Belə olduqda Mərkəzi Bank faktiki olaraq inflyasiyanın deyil, məzənnənin hədəflənməsinə yönəlmiş olur. Bu çox riskli yanaşmadır, o baxımdan ki, məzənnə Mərkəzi Bankdan çox neftin əlindədir”.
Ekspertin sözlərinə görə, Mərkəzi Bankın 2025-ci il bəyanatında 2 müxtəlif təşkilatın proqnozuna əsasən neftin qiymətinin 73-78 dollar intervalında olacağı qeyd edilmişdi: “Amma artıq ilkin məlumatlar göstərir ki, Brent markalı neftin orta illik qiyməti 65 dollardan aşağı olacaq. Yəni hazırkı mərhələ enerji bazarlarının yüksək volatillik yaşadığı, proqnozların tutmadığı bir dövrdür, şoklara hazır olmağı zəruri edir”.
R.Ağayevin fikrincə, sənəddə enerji bazarında qiymət şoklarının olacağı üçün hansısa mümkün addımların ola biləcəyinə dair işarələr gözə dəymir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.