Nadir hallada görünən məşhur sovet aktrisası festivala gəldi –FOTO

Uzun müddətdir görünməyən məşhur sovet kino aktrisası, 74 yaşlı İrina Muravyova Sankt-Peterburqda keçirilən “Rusiyanın Vivat kinosu” kinofestivalına gəlib. Açılışda çıxış edən məşhur “Pəncərədəki o qadın” filmindən mahnı oxuyub.

Azpost.info bildirir ki, aktrisanın yeni fotosunu tədbirin aparıcısı olan Yekaterina Strijenova sosial media hesabında yayımlayıb: “Festival həmişə həmkarlar və dostlarla görüş yeridir!” -deyə teleaparıcı yazıb.

İrina Muravyovanın tədbirlərdə görünməsi olduqca nadir hadisədir. Son vaxtlar o, çox az hallarda ictimaiyyət qarşısına çıxır.

Şəklin altındakı şərhlərdə şəbəkə istifadəçiləri aktrisasın görməkdən şad olduqlarını yazıblar. Onlar qeyd ediblər ki, İrina Muravyova yaşına görə çox gözəl görünür.

Azpost.info

Əvvəlki məqalə

Krıma və Sevastopla PUA-lar hucum edib

Sonrakı məqalə

Ölkədə sığorta olunanların sayı açıqlanıb