“Nadir Səlifovu mən öldürməmişəm” –"Lotu Quli"nin qatili "Xan Bakinski"nin məhkəməsi başlanıb /FOTO

Türkiyədə Manavqat Ağır Cəza Məhkəmisndə “Lotu Quli” kimi tanınan Nadir Səlifovu qətlə yetirməkdə təqsirli bilinən Xaqan Zeynalovun (Xan Bakinski) məhkəməsi başlanıb.

Azpost.info türk KİV-lərinə istinadən bildirir ki, İzmir həbsxanasından gətirilən X.Zeynalov məhkəməyə ifadəsində “Lotu Quli”ni öldürmədiyini deyib:

“Nadir Səlifov mənim yaxın dostum idi. Məni Türkiyəyə özü çağırdı. Oteldə qonağı oldum. Ayın 17-də aramızda mübahisə oldu. Nadir Moskvada olan bir iş adamının qaçırmağımı istədi. Mən qəbul etmədim. Bu məsələdə mübahisə elədik. Məni yumruqla vurdu. O zalda 8 nəfər var idi. Hamısı da silahlı idi. Biz dalaşanda mənə atəş açdılar. Mən də özümü qorumaq üçün silahı çəkib sol tərəfə atəş açdım. Nadir sağ tərəfdə durmuşdu”- “Xan Bakinski” deyib.

O, bu qətlə görə pul alması barədə deyilənləri rədd edib: “Nadir Səlifovu öldürmək üçün 4 milyon dollar aldığım barədə deyilənlər yalandır. Nadiri mən vurmadım. Polislər mənə hədə-qorxu gəldilər. Yanımda tərcüməçi olmadığı üçün ifadələri qəbul etməyə məcbur oldum”.

Xatırladaq ki, Nadir Səlifovun 2020-ci ildə, yaxın adamlarından sayılan Xaqan Zeynalov tərəfindən tapança ilə qətlə yetirildiyi bildirilir.

.

Əvvəlki məqalə

Avropa Parlamenti Rusiya əleyhinə qətnamə hazırlayıb

Sonrakı məqalə

“Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışlayıram”