Naftalanda biznesmen özünü güllələyib öldürdü

Naftalan sakini odlu silahla intihar edib.

Şəhər sakini 1959-cu il təvəllüdlü Firuz Qocayev yaşadığı evdə özünə odlu silahdan atəş açıb. 64 yaşlı kişi hadisə yerinə ölüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya açıqlamasında bildirib ki, Naftalan şəhər Polis Şöbəsinə şəhər sakini, 1959-cu il təvəllüdlü Firuz Qocayevin odlu silahdan atəş açılması nəticəsində ölməsi barədə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin məlumata görə F. Qocayev ov tüfəngi ilə intihar edib.

Fakla bağlı Naftalan şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Firuz Qocayev Naftalan şəhərində yerləşən sanatoriyaların birini sahibi olub.

Əvvəlki məqalə

Fuad Nəcəfli Ordubad sakinləri ilə görüşdü, şikayətləri dinlədi

Sonrakı məqalə

“Qarabağ” Avropanın məğlubedilməz futbol klublarının siyahısına düşdü