Naməlum şəxs Nyu-York metrosunda atəş açıb –24 nəfər yaralanıb

Nyu-York metrosunun Bruklin stansiyasında naməlum şəxsin atəş açması nəticəsində yaralananların sayı 24nəfərə çatıb.

Bu barədə Nyu-Yorkun Yanğınsöndürmə Departamenti məlumat yayıb.

Nyu-York polisi isə hadisə yerindən həm partlayışa yararlı, həm də yararsız partlayıcı qurğu aşkar edib. Xəsarət alanların sayının artacağı istisna olunmur.

Hadisə şahidləri atəşin maskalı şəxs tərəfindən açıldığını deyiblər. Onların sözlərinə görə, dağınıq atəş açan şəxs hadisəni törədəndən sonra digər stansiyaya keçib.

Polis hələlik onu yaxalamayıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.