“Namizədlər sosial şəbəkələrdə Seçki Məcəlləsinə uyğun davranmalıdır”- Məzahir Pənahov

“Dəfələrlə sosial şəbəkələrlə bağlı namizədlərə müraciətlər etmişik”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, deputatlığa namizədliyi qeydə alınmış namizədlər sosial şəbəkələrdə Seçki Məcəlləsinin tələblərinə uyğun davranmalıdır: “Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm. Bunu namizədlər üçün səsləndirirəm. Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə əməl etsin”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir