Napoleonun tapançaları hərracda 1,83 milyon dollara satılıb-FOTO

Napoleon Bonapartın milli sərvət kimi tanınan iki tapançası Fransada keçirilən hərracda öz alıcısını tapıb.

France-Presse agentliyinin məlumatına görə, 1814-cü ildə taxt-tacdan imtina etmədən öncə I Napoleona məxsus olan iki bəzəkli tapança hərracda 1,69 milyon avroya (1,83 milyon dollar) satılıb.

“Osenat” və “Rossini” satış evləri alıcı haqqında məlumat verməsələr də, satışı uğurlu hesab ediblər.

Agentlik bundan öncə Fransa Mədəniyyət Nazirliyinin Napoleon Bonaparta məxsus tapançaların ölkədən çıxarılmasına qadağa qoyduğu barədə məlumat yaymışdı. Hakimiyyət orqanları bu yolla tapançaları geri alaraq ölkədə saxlamaq şansı qazanmışdı.

Əvvəlki məqalə

Kiyevdə partlayışlar baş verib

Sonrakı məqalə

“Son seçkidə İran xalqı ayətullahlar rejiminin əleyhinə çıxaraq açıq siqnal verdi”