“Nar”dan sərfəli smartfon təklifi

Müştərilərinə sərfəli qiymətlər təklif edən “Nar” satış və xidmət mərkəzlərində Xiaomi və Tecno smartfonlarının ən məhşur modellərini təqdim edir. Qeyd edilən smartfonları nağd ödəniş və ya BirKart ilə aldığınız təqdirdə, 10%-ə qədər xüsusi endirim əldə edəcəksiniz. Digər bir üstünlükisə, bu smartfonların alıcılarına 12 ay pulsuz mobil internet və bir illik zəmanət verilməsidir.

Bundan əlavə, operatorun sərfəli qiymət strategiyasına uyğun olaraq, müştərilər BirKart ilə ödəniş edərkən Xiaomi və ya Tecno modellərini ayda cəmi 14,4 AZN-dən başlayaraq əldə edə bilərlər. Təklif edilən ən sərfəli cihazın qiyməti cəmi 184.9 AZN-dir.

“Nar” mağazalarında smartfon satışı ilə yanaşı, mobil telefonlar üçün müxtəlif cihaz və aksessuarlar, telefon nömrələrinin satışı və bərpası, eləcə də digər xidmətlər təklif olunur. Operatorun müştəriyönümlük strategiyasına uyğun olaraq, “Nar” abunəçiləri bu yüksək keyfiyyətli xidmətlərdən sərfəli qiymətə yararlana bilərlər.

“Nar” mağazalarının siyahısı və təklif olunan xidmətlər haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Əvvəlki məqalə

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Sonrakı məqalə

Neft Fondu “Facebook və “Apple”in nə qədər səhmini alıb? –