“NATO artıq postsovet ölkələrini alyansa qəbul etməməlidir”- Amerikalı senator

“NATO artıq postsovet məkanı ölkələrini alyansa qəbul etməməlidir”.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın Respublikaçılar Partiyasından olan senator Rend Pol deyib.

“Artıq emosional və siyasi mənfəət üçün söz atmaq olmaz. NATO-nun genişlənməsini müzakirə etdikdə bizə aydın olmalıdır ki, keçmiş Sovet İttifaqının qalan hissəsi alyansa qəbul edilməyəcək”, – Pol bildirib.

Senatorun fikrincə, Qərblə Rusiya arasında müharibə “nüvə armageddonuna” gətirib çıxarmasa belə, dağıdıcı olacaq və təkcə Avropa ilə məhdudlaşmayacaq.

Rend Pol qeyd edib ki, o, Rusiyanın Ukraynada hərbi əməliyyatları başlamazdan əvvəl İsveç və Finlandiyanın NATO-ya daxil olmasının əleyhinə idi. Lakin indi mövqeyini dəyişib və onların alyansa üzvlüyünə səs verməyi düşünür.

Azpost.info

Əvvəlki məqalə

Ceyhun Bayramovun Gürcüstana səfəri başlayıb

Sonrakı məqalə

İyul ayının pensiya ödənişi tam yekunlaşıb