Almaniyanın Müdafiə Nazirliyi döyüş tank briqadasının daimi olaraq Litvada yerləşdirilməsinə qərar verib.
Azpost.info bildirir ki, bu barədə noyabrın 6-da “Augen Geradeaus” portalı Bundesverin rəhbəri Boris Pistoriusa istinadən məlumat yayıb.
“NATO-nun mövcud çoxmillətli üçüncü döyüş taboru Almaniyanın NATO-nun şərq cinahını müdafiə etməyi öhdəsinə götürdüyü briqadasına birləşdiriləcək”, – Almaniyanın müdafiə naziri bildirib.
Qeyd olunur ki, Avqustdorfdan olan 203-cü tank Batalyonu və Obervichtaxdan olan 122-ci Panzerqrenadier Batalyonu yeni briqadanın özəyi kimi Baltikyanı ölkədə yerləşdirilməsi planlaşdırılır.
Pistoriusun sözlərinə görə, “Panzerbrigada 42” adlanan hərbi birləşmə təxminən 4800 əsgərdən ibarət olacaq və Almaniyadan olan 200 mülki işçi ilə tamamlanacaq.
Portalın məlumatına görə, briqadanın son yeri hələ müəyyən edilməyib. Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, Litvanın paytaxtı Vilnüs və ya Kaunas şəhərinin ətrafı yaşayış variantları kimi nəzərdən keçirilir.
Azpost.info