NATO Müdafiə nazirlərinin videokonfransı keçiriləcək

14 Aprel 2020 - 12:21

NATO Müdafiə nazirlərinin videokonfransı keçiriləcək.

APA-nın NATO-nun rəsmi saytına istinadən verdiyi xəbərə görə, videokonfrans aprelin 15-də baş tutacaq.

Videokonfransa İsveç və Finlandiyanın Müdafiə nazirləri və Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell də qatılacaq.

Konfransda COVID-19 və hərbi alyansın böhrana cavab mexanizmləri müzakirə olunacaq.