Qızılın qiyməti 7 illik rekordu yeniləyib

COMEX-də qızılın fyuçers qiyməti 1,3% artaraq bir unsiya üzrə 1 785 dollara yüksələrək 2013-ci ildən bəri ən yüksək qiymət həddinə çatıb.

APA-Economics”in məlumatına görə, hazırda unsiyasına görə 1 766,9 dollara ticarət olunan qızıl fyuçerslərinin dəyərinin artması COVID-19 virusunun pandemiyasının qlobal iqtisadiyyata dağıdıcı təsir göstərməsi və qlobal şirkətlərin gəlirlərinin azalması fonunda baş verir.

Bundan əlavə, koronavirusa görə tənəzzülə uğrayan ölkələrin mərkəzi banklarının böyük həcmdə stimullaşdırıcı paketlər buraxması da qızıldakı qiymət dəyişikliyinə səbəb olub. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

NATO Müdafiə nazirlərinin videokonfransı keçiriləcək

Sonrakı məqalə

Bakıda aptekdən 4500 manat oğurlanıb