“NATO münaqişənin tərəfi olmayacaq”- STOLTENBERQ

NATO Kiyevi dəstəkləməyə davam edəcək, lakin öz hava hücumundan müdafiə sistemindən Ukrayna Silahlı Qüvvələrinə birbaşa yardım etmək və ya bu ölkəyə qoşun göndərmək niyyətində deyil.

Azpost.info xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq bildirib.

“Biz Ukraynaya dəstəyimizi artırırıq, lakin bizim bu ölkəyə qoşun göndərmək və ya Ukraynanı NATO-nun müdafiə çətiri altına gətirmək planımız yoxdur, NATO münaqişənin tərəfi olmayacaq”, – o deyib.

Eyni zamanda, Stoltenberqin sözlərinə görə, NATO Ukrayna üçün təhlükəsizlik dəstəyi və təlimlərin koordinasiyasında daha böyük rol oynamağa hazırlaşır.

Azpost.info

Əvvəlki məqalə

Prezident Ukraynanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Sonrakı məqalə

Azər Fazil Mustafanı vurmaq üçün 30 min dolların az olduğunu dedi