“NATO-nun şərq cinahı Rusiyaya görə xərclərini 70 milyarda yüksəldib”- “Bloomberg”

Rusiyanın Ukraynada xüsusi əməliyyatı başladıqdan sonra Alyansın şərq cinahını təşkil edən 14 NATO ölkəsinin ümumi müdafiə xərcləri xeyli artıb.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Xərclər 2024-cü ildə onlar 70 milyard dollara yüksəlib.

“Şərqi Avropa NATO üzvlərinin ümumi müdafiə xərcləri SSRİ-nin dağılmasından sonra görünməmiş səviyyəyə çatıb. Bu artım Rusiyadan artan təhlükə fonunda silah və hərbi texnika alışlarının artması ilə bağlıdır. Bu göstərici üzrə lider Polşa olub, bu il müdafiə xərcləri ölkənin ÜDM-nin 4,12 faizinə çatıb. Sonrakı yerləri Estoniya (ÜDM-in 3,45 faizi), Latviya (3,15 faizi), Yunanıstan (3,08 faizi) və Litva (2,85 faizi) tutur”, – məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.