“NATO ölkələrinin hər qarışını müdafiə etməyə hazırıq”- ŞOLTS

Almaniya Rusiyaya NATO-ya üzv ölkələrin hər qarışını müdafiə etməyə hazır olduğunu nümayiş etdirmək üçün Baltikyanı ölkələrə əlavə hərbi birləşmələr yerləşdirəcək.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

Kansler NATO-nun Baltikyanı ölkələrdə mövcudluğunda Almaniyanın əsas rol oynadığını deyib.

“Rusiya təhlükəsi qaldığı üçün biz və digər müttəfiqlərimiz Baltikyanı ölkələrə əlavə bölmələr və gələcəkdə daimi əsasda bütöv bir briqada göndərmək qərarına gəldik”, – Şolts bildirib.

Bu, NATO-nun Rusiya sərhədləri yaxınlığında mövcudluğunu genişləndirmək planları ilə bağlı ilk məlumat deyil. Belə ki, ötən ilin yayında “The New York Times” məlumatlı mənbələrə istinadən xəbər vermişdi ki, hərbi bloka daxil olan ölkələr alyansın şərq cinahında öz mövcudluğunu artıraraq 40 min əsgərə çatdırmağa hazırlaşır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.