Rusiya cinsiyyətinin dəyişdirilməsinə icazə verən ölkələrin vətəndaşlarına uşaqları övladlığa götürməyi qadağan etməyə hazırlaşır.
Azpost.info xəbər verir ki, müvafiq qanun layihəsini Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Vasili Piskarev hazırlayıb.
“Bu halda biz zəmanət verə bilmərik ki, övladlığa götürüldükdən sonra valideynlərin cinsini dəyişməsi səbəbindən uşaq eyni cinsli ailədə böyüməyəcək. Biz uşaqların normal sosial mühitdə və ənənəvi ailə dəyərlərində böyüməsini təmin etməyə borcluyuq”, – Piskarev deyib.
O, NATO ölkələrinin əksəriyyətində cinsiyyətin dəyişdirilməsinə icazə verildiyini vurğulayıb. “Əslində, biz bununla NATO ölkələrinin uşaqları övladlığa götürməsinə qadağa qoyuruq”, – deputat qeyd edib.
Azpost.info