“NATO Polşadakı təlimlərlə Putinə aydın siqnal verəcək”- Almaniya müdafiə naziri

“NATO ölkələrinin Polşadakı birgə təlimləri Rusiya prezidenti Vladimir Putinə Alyansın göründüyü qədər zəif olmadığını sübut edən aydın siqnal olmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

Onun fikrincə, Ukraynadakı münaqişə Şimali Atlantika Alyansının toparlanmasına səbəb olub: “Birgə təlimlər Şərqi Avropa və Baltikyanı ölkələrə Vaşinqton və Berlinin NATO üzvlərini qorumaq üzrə öhdəliklərə sadiq qaldığını da nümayiş etdirəcək”.

Azpost.info

Əvvəlki məqalə

Malatyada 5,6 bal gücündə zəlzələ olub

Sonrakı məqalə

Malatyadakı zəlzələdə 1 nəfər ölüb, 69 nəfər yaralanıb