NATO Rusiya sərhədlərində kiber laboratoriyalar yaradır- Rusiya XİN

Şimali Atlantika Alyansı Rusiya sərhədləri boyunca kiberlaboratoriyalar şəbəkəsi yaradır.

Bu fikirləri “RIA Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq informasiya təhlükəsizliyi departamentinin direktoru Artur Lyukmanov deyib.

Onun sözlərinə görə, bu laboratoriyalar Estoniya, Latviya, Finlandiya, Rumıniyada yaradılıb və bu siyahıya Gürcüstan və Moldova da əlavə edilə bilər.

“Pentaqonun himayəsi altında sistematik əsasda kiber təlimlər keçirilir və bu təlimlər zamanı rəqəmsal sahədə bizimlə qarşıdurma ssenariləri sınaqdan keçirilir”, – Lyukmanov qeyd edib.

Əvvəlki məqalə

Cəlilabadda itkin düşən qız Tovuzda tapılıb

Sonrakı məqalə

Türkiyədə kosmodrom tikiləcək