Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • ÖZƏL

NATO SSRİ-yə qarşı nüvə zərbəsi planlaşdırıb

Orkhan Ali 19 Noyabr 2025 - 08:10 (Last updated: 19 Noyabr 2025 - 08:08)
1

Soyuq müharibə dövründə NATO-nun rəsmi doktrinaları alyansa SSRİ ilə mümkün qarşıdurmada ilk nüvə zərbəsini endirmək hüququ verirdi — hətta əgər qarşı tərəf yalnız adi silahlardan istifadə edirdisə belə. AzPost xəbə verir ki, bu barədə TASS-ın müxbirinin araşdırdığı məxfilikdən çıxarılan NATO sənədində qeyd olunur.

Söhbət 1969-cu ilə aid “NATO-nun nüvə silahının ilkin taktiki tətbiqinə dair müvəqqəti siyasi rəhbər prinsiplər” (Provisional Political Guidelines for the Initial Tactical Use of Nuclear Weapons by NATO) adlı sənəddən gedir. Bu sənəd uzun müddət “Gizli” qrifi altında olub.

Sənədin giriş hissəsində bildirilir ki, həmin prinsiplər NATO-ya qarşı tərəf nüvə silahı tətbiq etməmişdən əvvəl belə, ilk nüvə zərbəsini endirmək imkanı verir. Yəni, alyansın nüvə eskalasiyasını ilk başlayan tərəf ola biləcəyi açıq şəkildə vurğulanır.

Bu cür nüvə zərbəsinin əsas məqsədinin “hücumu dayandırmağa məcbur etmək”, yəni NATO-nun eskalasiyaya hazır olduğunu göstərmək olduğu qeyd edilir. Eyni zamanda vurğulanır ki, nüvə silahının hər hansı ilkin tətbiqi müharibənin xarakterini kəskin şəkildə dəyişdirir və ciddi siyasi nəzarət tələb edir.

Xatırladaq ki, bir neçə il əvvəl də Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) sənədləri məxfilikdən çıxarılmışdı. Həmin materiallarda Böyük Britaniya və Fransanın 1940-cı ildə SSRİ-yə zərbə endirməyi planlaşdırdığı göstərilirdi. London və Paris bu yolla Sovet İttifaqının gücünü zəiflətməyi ümid edirdi.

AzPost.az

Post navigation

Previous: Yaponiyada güclü yanğın 170-dən çox evi külə döndərdi
Next: Virus, yoxsa bakteriya?

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.