“NATO Ukraynaya müharibə və fəlakət alovunu gətirdi”- ÇİN XİN

“NATO ədavət və ixtilaf mənbəyidir”.

Azpost.info xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqan NATO sammitinin yekun sənədini şərh edərkən bildirib.

“NATO xaos toxumu yayan bir maşındır. O, Ukrayna və Əfqanıstan, İraq və Liviyanın bölgələrinə və sakinlərinə müharibə və fəlakət alovunu gətirdi. NATO sammitinin yekun kommünikesi yalan, qərəz, təhrik və böhtanla doludur. Bununla bağlı son dərəcə narazılığımızı və kəskin etirazımızı bildiririk”, – XİN rəsmisi deyib.

Onun sözlərinə görə, son illərdə NATO Asiya-Sakit okean regionuna “qara əllərini uzatmaqda” davam edir.
Çin Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, Alyans Çini sıxışdırır və bəzi region ölkələrini ondan nümunə götürməyə təşviq edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.