Navalnının 23 yaşlı qızı Kamala Harrisin seçki qərargahında işə düzəlib

Rusiya həbsxanasında ölən müxalif siyasətçi Aleksey Navalnının qızı ABŞ prezidentliyinə namizəd Kamala Harrisin seçki qərargahında işə düzəlib.

Azpost.info xəbər verir ki, Darya Navalnayanın “LinkedIn” profilindəki məlumatlara əsasən, o, könüllülərin koordinatoru kimi fəaliyyət göstərir.

Darya həmçinin ictimaiyyətlə əlaqələr və seçici səfərbərliyi sahəsində də işləyir. Onun iş yeri Floridadakı (Pensilvaniya) baş ofisdir.

Darya Navalnayanın 23 yaşı var. Bu ilin iyun ayında o, Stenford Universitetini (sosial psixologiya və siyasət elmləri) bitirib.

Azpost.info

Əvvəlki məqalə

Qarabağ savaşının ilk iki şəhidindən daha birinin məzarı tapıldı –

Sonrakı məqalə

Şeyxülislam Allahşükür Paşazadə Özbəkistana səfərə gedib