“Naxçıvan Bank”ın Bakı şöbəsi bağlanıb –QƏRAR

“Naxçıvan Bank” ASC-nin “Bakı” şöbəsi fəaliyyətini dayandırıb.

Bu barədə “APA-Economics”ə bankdan bildirilib. Məlumata görə, noyabrın 1-dən etibarən bank şöbəsinin fəaliyyəti müvəqqəti olaraq qeyri-müəyyən müddətədək dayandırılıb. Qeyd edilib ki, “Bakı” şöbəsinin bağlanması bank rəhbərliyinin qərarı ilə bağlı olub.

Bununla belə əlavə edilib ki, “Naxçıvanbank”ın “Bakı” filialı fəaliyyətini davam etdirir və həmin bank şöbəsinin müştəriləri xidmətlər üçün filiala müraciət edə bilərlər.

Əvvəlki məqalə

İran Rusiyaya PUA-lar verdiyini etiraf etdi

Sonrakı məqalə

AZAL-a yeni birinci vitse-prezident təyin olunub