Naxçıvan DTX-sı həbsdə ölən sabiq əməkdaş barədə açıqlama yaydı:"Hazırda həbsdə olan Vəli Ələsgərov tərəfindən MTN-ə ezam olunub"

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti həbsxanada vəfat etmiş təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Zakir İsmayılovla bağlı açıqlama yayıb.

Məlumatda deyilir:

“Son vaxtlar təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Zakir İsmayılovun vəfatı ilə bağlı yayılmış məlumatlarda o, Naxçıvan Muxtar Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi kimi təqdim olunur.

Bildirilir ki, 5 sentyabr 1959-cu ildə Bakı şəhərində anadan olmuş İsmayılov Zakir Əlibala oğlu 1985-ci ildən Azərbaycan SSR-in Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul edilmiş, 11 oktyabr 1996-cı il tarixdə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyindən Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə ezam edilmiş, 20 sentyabr 2003-cü il tarixədək Naxçıvan Muxtar Respublikası  Milli Təhlükəsizlik Nazirliyində xidmət etmişdir. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin razılığı və Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun (hazırda həbsdə olan) təqdimatı əsasında xidməti davam etdirmək üçün Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə ezam olunmuşdur.

Zakir İsmayılov 2015-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi kimi təqaüdə çıxmış və 2018-ci ildə həbs olunmuşdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zəfər təntənəsinin 1 ili

Sonrakı məqalə

Vətəndaşlar bu il içkiyə və siqaretə 2 milyard manat xərcləyib