Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı olub
Naxçıvan Beynəlxalq Hava Limanında direktor müavini vəzifəsinə təyinat olub.
AzPost -un məlumatına görə, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, Salman Məmmədli Naxçıvan Beynəlxalq Hava Limanının direktorunun müavini təyin olunub. Ona həmçinin, direktor vəzifəsinin əmək funksiyalarının icrası həvalə edilib.
Naxçıvan Hava Limanı — Naxçıvan Muxtar Respublikasının eyni adlı şəhərinin hava limanıdır. Naxçıvan şəhərinin mərkəzindən 4 kilometr məsafədə yerləşir və ölkənin blokadada olan bu regionunun yeganə hava qapılarıdır.