Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Əvvəlki məqalə

Harris və Tramp 11 sentyabrla bağlı mərasimdə yenidən bir araya gəlib

Sonrakı məqalə

Valyuta məzənnələri