Naxçıvan sakini özünə xəsarət yetirib

Naxçıvan sakini bıçaqla özünə xəsarət yetirib.

Hadisə şəhərin Əliqulu Qəmqüsar küçəsində qeydə alınıb.

Naxçıvan şəhər sakini, 1969-cu il təvəllüdlü Muxtarov Əjdər Məhəmməd oğlu özünə bıçaqla xəsarət yetirib. Döş qəfəsinə bir neçə bıçaq zərbəsi ilə xəsarət yetirən Ə.Muxtarov Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.