Naxçıvanda “Sarsılmaz Qardaşlıq-2021”in məşqləri uğurla icra olunub

Naxçıvanda Türkiyə və Azərbaycan hərbçilərinin “Sarsılmaz Qardaşlıq-2021” birgə təliminin növbəti məşqləri keçirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmi “Twitter” hesabında bildirilib.

“Türkiyə 3-cü Ordu Komandanlığı və Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanlığı hərbçilərinin iştirakı ilə keçiriləcək “Sarsılmaz Qardaşlıq-2021” təliminin məşqləri uğurla icra olunub”, – qeyd olunub.

Xatırladaq ki, “Sarsılmaz Qardaşlıq-2021” təlimi oktyabrın 8-nə qədər davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran Azərbaycandan Naxçıvana uçan hərbi təyyarələrin uçuşuna qadağa qoyub –

Sonrakı məqalə

Zaqatala Xəstəxanasında saxta “COVİD-19” pasportunun verilməsinə görə cinayət işi açılıb