Beynəlxalq müşahidəçilər prezident seçkilərini izləyir.
Beynəlxalq müşahidəçilərdən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edən Kristofer Barber və Martin Maynedr 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində olublar.
Səsvermə prosesi barədə APA-ya açıqlama verən müşahidəçilər Naxçıvanda olduqları məntəqələrdə seçici fəallığını gördüklərini qeyd edib, hər hansı bir problemlə rastlaşmadıqlarını bildiriblər.