Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb

Azərbaycan Respublikası Ali Məhkəməsində Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb.

Azpost.info bildirir ki, bu barədə “Unikal” məlumat yayıb. Məlumata görə, Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərov barədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.

V. Əsgərovun ailəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə hədsiz minnətdar olduqlarını bildiriblər.

 

**

Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb.

Bu barədə APA-ya onun vəkili Vüqar Xasayev məlumat verib.

Vəkil qeyd edib ki, Vəli Əsgərov hazırda Naxçıvanda cəzaçəkmə müəssisəsində olsa da hələ ki müvəkkili azadlığa buraxılmayıb.

Xatırladaq ki, V.Əsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci – mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə, 308.1-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə və 309.1-ci vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunub. Bir neçə gün əvvəl isə bu maddələrlə yanaşı, V.Əsgərova telefon danışıqlarını qanunsuz dinləməyə görə CM-in 302.2 – əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma maddəsi ilə də ittiham elan edilib.

2016-cı ildə Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəli Əsgərov 14 il azadlıqdan məhrum edilib. Naxçıvan Ali Məhkəməsi onum apellyasiya şikayətini təmin etməyib.

Əvvəlki məqalə

Makron İlham Əliyevə zəng vurdu –

Sonrakı məqalə

14 gündən sonra nəşi tapılan şəhid Neftçalada dəfn edilib