Sülh sazişi layihəsi ilə bağlı Azərbaycanın növbəti şərhləri Ermənistana təqdim edilib- XİN rəhbəri

Sülh sazişi layihəsi ilə bağlı Azərbaycanın növbəti şərhləri Ermənistana təqdim edilib.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bildirib.

Nazir bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlı olduğumuzu diqqətə çatdırıb.

Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddiaların qəbuledilməz olduğu vurğulanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.