Nazir ünvanlı sosial yardımın verilməsi proseduruna aydınlıq gətirib

Ünvanlı sosial yardım yoxlamaları 2 mərhələdən ibarətdir.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, birincisi, elektron sistemdir, 27 qurumdan alınan məlumatlarla vətəndaşın aldığı gəlirlər yoxlanılır: “İkinci mərhələ isə əyanidir. Bu da saxtakarlıq hallarının, başqasının adına sosial yardım alma hallarının qarşısını almaq üçündür. Burada məqsəd ailənin həmin ünvanda yaşamasının yoxlanmasıdır, daha qazan, soyuducu yoxlanmasından söhbət gedə bilməz. Bütün müayinələr də videoçəkiliş həyata keçirilir. Bir çox hallarda bu mexanizmdən sui-istifadə halları olur. Yaşamadığı evləri yaşadığı ünvan kimi göstərənlər olur. Yüksəkgəlirli ailə üzvünü göstərməyənlər olur. Bu gün ünvanlı sosial yardım 77 min ailəni, 350 min insanı əhatə edir. Ötən illə müqayisədə burada artım var. Əgər vermək istəməsək, bu artım da olmazdı. Haqqı çatan hamı ünvanlı sosial yardım ala bilir”.

Əvvəlki məqalə

Azərbaycanda pensiyaçıların pensiyada olma müddəti 14,8 ildir

Sonrakı məqalə

Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajına aydınlıq gətirilib