Daxili İşlər Nazirliyinin rəhbərliyi bu gün təqaüdə göndərilən Ehsan Zahidov ilə xatirə şəkli çəkdirib.
Azpost.info bildirir ki, foto DİN rəsmi səhifəsində paylaşılıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.