Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Neandertallar “homo sapiens”lərlə cinsi əlaqəyə görə yoxa çıxıblar? –

User 28 May 2025 - 19:24 (Last updated: 28 May 2025 - 17:10)
Neandertallar

Neandertallar

Neandertalların nəyə görə yoxa çıxması alimlər üçün böyük sirr olaraq qalmaqdadır. Belə bir fərziyyə var ki, buna “homo sapiens”lərlə mübarizə (müasir insan növünün inkişaf xətti) səbəb olub.

Amma, bəlkə də, əksinədir – neandertallar “homo sapiens”lərlə düşmənçiliyə və rəqabətə görə yox, onlarla cütləşdikləri üçün yox olublar.

“PaleoAnthropology” jurnalında dərc olunmuş məqalənin müəllifləri hesab edirlər ki, neandertalların sıradan çıxması bu iki növ arasında müntəzəm cinsi əlaqələrin nəticəsi ola bilər – nəticə etibarilə neandertal DNT-si olan fərdlərin sayı getdikcə azalıb və nəhayət, yox olub. Amma tədqiqatçılar onu da qeyd edirlər ki, indiyə qədər yalnız 32 neandertal genomu deşifrə edilib – bu, kiçik bir hissədir və bəlkə də, ən uğurlu variant deyil, daha etibarlı nəticələr üçün əlavə tədqiqatlara ehtiyac var.

İnsan Təkamülü Muzeyinin elmi direktoru, məqalənin həmmüəllifi professor Kris Stringer deyir ki, bu iki növün tam olaraq necə bir-biriylə cinsi əlaqəyə girməsi elmi ictimaiyyətdə hələ də çox az müzakirə edilir: “Biz güman edirik ki, neandertalların nəslinin kəsilməsinə məhz belə yaxınlaşma səbəb ola bilərdi – əgər onlar müntəzəm olaraq “homo sapiens”lə cütləşiblərsə, bu onların populyasiyasını azalda və nəhayət, yoxa çıxarmış ola bilər”.

FOTO: Neandertal kişisinin reproduksiyası. Təbiət Tarixi Muzeyi, London. Aprel, 2022

İlk görüş

Hazırda Afrikadan kənarda yaşayan insanların təxminən 2 faizində neandertal genləri var. Bu, ortaq yaşam arealıyla izah olunur. 600 min il əvvəl “homo sapiens”lər Afrika qitəsində, neandertallarsa müasir Avropa və Asiya ərazilərində (Cənubi Sibirə qədər) yaşayırdılar.

Bu iki növ yüz minlərlə il ərzində yolları kəsişmədən mövcud olublar. Təxminən 250.000 il əvvəl “homo sapiens”lər Afrikadan kənara çıxmağa başlayıblar. Genetik məlumatlardan görünür ki, onlar neandertallarla bundan sonra rastlaşıblar.

“Biz neandertalların görünüşlərini və davranışlarını dəqiq bilmədən yalnız güman edə bilərik ki, o vaxt “homo sapiens”lər qohumlarına rast gəldiklərini düşünüblər” – professor Stinger belə deyir.

Amma, çox güman ki, onların arasında böyük bir dil baryeri olub – müasir dillər arasında olduğundan xeyli çox. Ona görə də bu iki növün həm beyni, həm də səs aparatı fərqliydi.

Onların arasında görünüşə və inkişafa cavabdeh olan 600-ə yaxın gen fərqi də vardı, xüsusən də üzün və səsin quruluşuna aid genlərdə. Məsələn, neandertallarda bir-birinə siqnal ötürmək üçün rabitə vasitəsi kimi də istifadə etdikləri qabarıq qaş quruluşu olub.

Amma bu fərqlər neandertalların və “homo sapiens”lərin bir-birilərilə cinsi əlaqəyə girməsinə mane olmayıb. Hələlik bu yaxınlaşmanın təfərrüatları məlum deyil, bilinən ancaq odur ki, müasir insanlardakı neandertal genləri “homo sapiens”lərin Afrikanı yenicə tərk etdikləri dövrdəki cütləşmə nəticəsində əmələ gələnlərlə eyni deyil.

İndiki neandertal genləri “homo sapiens”lərin təxminən 60.000 il əvvələ təsadüf edən kütləvi miqrasiyasının nəticəsidir.

Onlar necə cütləşiblər?

“Homo sapiens”lərin şimala ilk yürüşləri dövründə cütləşmələr qarşılıqlı simpatiyaların nəticəsi ola bilərdi, amma o da mümkündür ki, bu, heç də mehriban şəraitdə baş verməyib.

Hər halda, ən yaxın qohumlarımız olan müasir şimpanzelər bu davranış növlərinin hər ikisini nümayiş etdirirlər.

Təbiətdə müxtəlif növlər (həm heyvanlar, həm də bitkilər) bir-birilə cütləşəndə çoxalma yalnız bir istiqamətdə gedə bilər. Məsələn, bir növün erkəyi digərinin dişisini mayalandıra bilər, amma birinci növdən olan dişi ikinci növdən olan erkəklə cütləşəndə çoxalma baş tutmayacaq.

Müasir insanların neandertallara xas qısa mitoxondrial DNT-si anadan ötürülür və bu, alimlərdə belə bir qənaət yaradıb ki, sözügedən növlərin cütləşməsi zamanı nəsil artımı yalnız “homo sapiens” erkəklərlə neandertal dişilər arasındakı əlaqə zamanı mümkün olub.

Hibrid kişilərin bu məsələdə dişilərdən daha az məhsuldar ola biləcəyinə dair də bəzi sübutlar var.

Neandertallar “homo sapiens”lərlə daha çox cütləşdikcə, öz aralarında getdikcə daha cinsi əlaqəyə giriblər. Nəzərə alsaq ki, onlar kiçik qruplar halında yaşayıblar və iqlim şəraitinə görə geniş ərazilərə səpələniblər (O vaxt Avropa və Asiyada iqlim indikindən qat-qat sərtiydi), nəticə etibarilə bu, növün hibridləşməsinə və sonra da nəslinin kəsilməsinə gətirib çıxarıb.

“Bu birtərəfli gen axını cütləşmənin digər istiqamətdə uğursuz olmasının nəticəsidirmi, yoxsa bizdəki neandertal gen nümunələri reprezentativ deyil – biz bunu bilmirik” – professor Stringer belə deyir və əlavə edir ki:

“Deşifrə etdiyimiz neandertal genomlarının sayı artdıqca “homo sapiens”lərdən neandertallara hər hansı bir nüvə DNT-nin keçib-keçmədiyini görə biləcəyik və ideyamızın nə qədər doğru olduğunu da o zaman anlayacağıq”.

Alimlər növümüzün ən yaxın qohumlarımızla qarşılıqlı əlaqəsi barədə daha dolğun təsəvvür əldə etmək üçün başqa bir hominid növüylə – Denisov insanıyla münasibətlərimiz haqda da anoloji suallara cavab verməli olacaqlar.

Denisov adamı – bu, Altay diyarındakı Denisov mağarasında skelet fraqmentləri tapılandan sonra məlum olan nəsli kəsilmiş insan növü və ya alt növüdür. Denisovlular zaman və məkan baxımından Asiyadakı neandertalların və müasir insanların məskunlaşdığı ərazilərlə üst-üstə düşən arealda yaşayıblar. (BBC)

AzPost.az

Post navigation

Previous: Qəddafi 2009-cu ildə Ukrayna müharibəsinin proqnozunu necə verib? –
Next: “Yer üzündə insanlar yox ola bilər…” –

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.