“Neçə il işləmək lazımdır ki, normal təqaüd alasan?!” –Ekspert son artımları şərh etdi, qanunun dəyişdirlməsini istədi

“Minimum əmək haqqının VÖEN-lə çalışanların DSMF-yə ödənişləri arasında bağlantı qanundan çıxarılmalıdır. Minimum təqaüdün yığım kaitalı arasında olan formul yığışdırılmalıdır”.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli son təqaüd artımlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, minimum təqaüd artan kimi tələb olunan pensiya kapitalının həcmi də artır: “Qanunvericiliyə görə yığım kapitalı minimum təqaüdün 144 dəfəsi qədər olur. Yəni, dünənki qərardan sonra yığım kapitalı 40 min 320 manat qalxır, dünən qədər isə bu 34 min 560 manat idi. Yaxşı, bu qayda dəyişməsə, minimum təqaüd olan 280 manat hər il 10-15% artsa, məsələn, 3-5 ilə 500 manata qalxsa, o zaman pensiya kapitalının minimum həddi 72 min olacaq. Yaxşı, bu həddə çatmaq üçün nə qədər, neçə il işləmək lazımdır ki, normal təqaüd alasan?!”
N.Cəfərli deyib ki, 10 ildir ki, minimum əmək haqqının VÖEN-lə çalışanların sosial vergilərinə bağlılığının aradan qaldırılmasını, qanunlara 1 cümləlik dəyişiklik edilməsini təklif ediblər:  “Dinləmirlər, nəticədə minimum əmək haqqı artan kimi VÖEN-lə çalışanların, yəni, məntiqlə istənilən ölkədə əsl sabitliyin dayağı ola biləcək kiçik və orta sahibkarların ödənişləri də artır”.
Əvvəlki məqalə

Prezident İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib

Sonrakı məqalə

Tarkan 1 milyona Bakıya toya gəlir