Neftə olan qlobal tələbat həddən artıq azalacaq –Beynəlxalq Enerji Agentliyi

Bu il neftə olan qlobal tələbat dünya boyu koronavirus pandemiyasının qarşısını almaq üçün tətbiq olunan iqtisadi məhdudiyyətlər səbəbilə çox düşəcək.

Bu barədə çərşənbə günü Beynəlxalq Enerji Agentliyi məlumat verib.

Bu il tələbatda günlük 9.3 milyonluq azalma on illik artıma bərabərdir. Ölkələrə enerji istehlakı ilə bağlı məsləhətlər verən Beynəlxalq Enerji Agentliyi tələbatda ən çox azalmanın bu ay müşahidə olunacağını gözləyir. Agentlik bunu enerji bazarı üçün “Qara Aprel” adlandırır və bu ay tələbatın 1995-ci ildən bəri ən aşağı nöqtəyə düşəcəyini proqnozlaşdırır.

Biz qlobal neft bazarı tarixindəki ən pis ilə şahid ola bilərik, Parisdə qərargahlanan Beynəlxalq Enerji Agentliyinin başçısı Fatih Birol bildirib.

Xam neftin qiyməti bu ilin əvvəlindən bəri Səudiyyə Ərəbistanı ilə Rusiya arasında qiymət müharibəsi və daha sonra virus epidemiyası nəticəsində yaranan iqtisadı fəlakət səbəbilə 60 faizdən çox azalıb. Çərşənbə günü nüftin qiyməti bir az daha azalıb və beləcə ABŞ bençmarkı son 18 ildə ən aşağı səviyyəyə enib və bir barelinin qiyməti 20-dən aşağı düşüb. Bu isə bu həftə həddən artıq çox istehsalın azaldılması məqsədilə əldə olunan qlobal razılığın effektivliyini sual edir.

Ucuz enerji istehlakçılar və enerjidən asılı bizneslər üçün yararlı olsa da, hazırda qiymət istehsal dəyərindən aşağıdır. Bu isə çoxu nisbətən yoxsul olan neft hasil edən ölkələrə mənfi təsir göstərir və onları müflis olmağa doğru aparır. Səyahət və bizneslərə geniş məhdudiyyətlər tətbiq olunduğu üçün bir çox istehlakçı onsuz da aşağı neft qiymətlərindən faydalana bilmir.

Birol deyib ki, OPEC-in digər ölkələrlə qlobal hasilatı gündə 9.7 milyon barel azaltmaqla bağlı əldə etdiyi saziş vəziyyəti bir az sabitləşdirməyə yardım edəcək.

Bundan əladə Çin, Hindistan, Cənubi Koreya və Birləşmiş Ştatlar kimi ölkələr strateji ehtiyatları üçün daha çox neft almağı nəzərdən keçirəcək.

Neft qiymətlərinin azalması ilə bir çox OPEC üzcü olmayan ölkələr hasilatı azaldıb, çünki xam nefti çıxarmaq, onu bazardan satmaqdan daha baha başa gəlir. ABŞ, Çin, Kanada, Braziliya və Norveç kimi ölkələrdə bu, hasilatın gündə 3.5 milyon barel azalması deməkdir.

Beynəlxalq Enerji Agentliyi ilin ikinci yarısında vəziyyətin düzələ biləcəyini desə də, bu artım tədricən baş verəcək. Lakin pandemiyanın nə qədər daha qlobal iqtisadiyyata təsir göstərməyə davam edəcəyi ilə bağlı çox sayda qeyri-müəyyənlik var.

Beynəlxalq Enerji Agentliyinin proqnozlarından sonra neftin qiyməri bir az daha düşüb. ABŞ-ın bençmarkı 3.8 faiz azalaraq barelinə 19.34 dollar, Brent isə 5.2 faiz azalaraq barelinə 28.04 dollar təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Malikanəsində hovuzu olan həyatından şikayət edir” –

Sonrakı məqalə

Nə üçün koronavirusa Qərbi Almaniyada çox, “sovet” Almaniyasında az yoluxurlar?