“Neft 1 ilə 35 ABŞ dollarına qədər bahalaşa bilər”

- STAR-ın baş direktoru
29 Aprel 2020 - 16:49

Dünya bazarında neftin qiyməti 3 ay ərzində 15-20 dollar/barel, 6 ayda 20-25 dollar/barel, 9 ayda 25-30 dollar/barel, 1 ildə isə 30-35 dollar/barel arasında ola bilər.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə yerləşən STAR neft emalı zavodunun baş direktoru Mesut İlter bildirib.

Bununla belə,o qeyd edib ki, koronavirusun vəziyyətindən asılı olaraq bu qiymətlər çox fərqli ola bilər.

“Bildiyiniz kimi, OPEC+ ölkələrinin may ayının 1-dən iyunun sonuna kimi gündəlik neft hasilatını 9,7 mln. barel azaltmaqla bağlı razılığa gəlməsindən sonra neftin qiymətlərində canlanma müşahidə olunmuşdu. Düşünürəm ki, neft qiyməti koronovirusun vəziyyətinə görə formalaşacaq. Epidemiyanın müddəti uzanarsa, qiymətlərin bərpası çox uzun çəkə bilər.Təxmin edirəm ki, orta və uzunmüddətdə qiymətin artmasını müşahidə edə bilərik. Amma bu artım sürətlə baş verməyəcək”,- M. İlter əlavə edib.