Neft Emalı Zavodunda 6,7 milyon ton neft emal edilib

İl ərzində SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 6,7 milyon ton neft, Qaz Emalı Zavodunda isə 3,8 milyard kubmetr qaz emal edilib. Neft emalında 13,3 faizdən çox artım, qaz emalında isə nisbi azalma baş verib.

Bu göstəricilər SOCAR-ın ötən il üzrə açıqladığı hesabatda əksini tapıb.

“2021-ci ilin yekunlarından bəhs edərkən neft emalı və neft-kimya məhsullarının ixracının (polimerlə birlikdə) 3 milyon ton həddini keçməsi də qeyd olunmalıdır. Bu, 2020-ci illə müqayisədə təxminən 25,5 faiz çoxdur”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şvartseneqqerin avtomobili qəzaya düşdü, iki maşını əzdi –

Sonrakı məqalə

Masallıda 80 yaşlı qadın yaşadığı evdə yanaraq ölüb