Neft Fondunun ehtiyatı 45 milyard 306 milyon dollara çatıb

Altı ayda dövlət büdcəsinə Dövlət Neft Fondundan (DNF) transfertlər nəzərdə tutulduğundan az icra edilib, valyutaya azalan tələb fonunda AMB valyuta bazarına alışyönlü müdaxiləni həyata keçirib.

Bu, Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb.

Dövlət büdcəsinin əsas gəlir mənbələrindən hesab edilən DNF-nin transfertləri 73,1 faiz icra edilib, bu mənbədən dövlət büdcəsinə 4648 milyon manat vəsait daxil olub.

Həm valyuta bazarında valyutaya tələbin yüksək olmaması, həm də vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika DNF-nin aktivlərindən qənaətlə istifadəyə imkan yaradıb.

Cari ilin yanvar-iyun ayları ərzində DNF-nin aktivləri 282 milyon ABŞ dolları artaraq 45 milyard 306,8 milyon ABŞ dollarına yüksəlib.

Tələbin azalması fonunda AMB bazara alışyönlü müdaxilələr edib, cari ildə valyuta bazarında tarazlığı dəstəkləmək məqsədilə 297 milyon ABŞ dolları həcmində valyuta alışı həyata keçirilib.

Əvvəlki məqalə

“Joker-2” filmi çəkilir –

Sonrakı məqalə

Azərbaycanda daha 420 nəfər COVID-19-a yoluxub