Dünya bazarında neft qiymətləri enməkdə davam edir. Buna səbəb ABŞ-İran hərbi qarşıdurmasının davam etməsinə baxmayaraq, Fars körfəzi regionunda hasil edilən neftin qlobal bazara fasiləsiz çıxarılması ilə bağlı siqnallar olub.
Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçersləri 1,70 dollar (1,91 faiz) ucuzlaşaraq bir barel üçün 87,33 dollara düşüb.
Əvvəlki ticarət sessiyasında isə Brent nefti 1,71 dollar (1,88 faiz) dəyər itirərək 89,03 dollardan bağlanmışdı.
Nyu-Yorkun NYMEX birjasında WTI markalı neftin sentyabr fyuçersləri də 1,75 dollar (2,09 faiz) ucuzlaşaraq 81,84 dollar/barel səviyyəsinə enib.
Bundan əvvəlki sessiyada WTI nefti 0,87 dollar (1,03 faiz) azalaraq 83,59 dollar/barel olub.
Analitiklər hesab edirlər ki, bazarda əsas təzyiq yaradan amil Yaxın Şərqdə geosiyasi gərginliyə baxmayaraq, Fars körfəzi ölkələrindən neft ixracının davam etməsi və tədarükdə ciddi fasilələrin yaranmamasıdır. Bu isə bazarda təkliflə bağlı narahatlıqları azaldaraq qiymətlərin aşağı düşməsinə səbəb olur.