Neftçalada 10 yaşlı məktəbli qızılcadan ölüb

Neftçalada 10 yaşlı uşaq ölüb.

Aşağı Surra kənd sakini, 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızının evdə halı pisləşib və xəstəxanaya aparılarkən yolda keçinib.

Onun bir həftə əvvəl qızılcaya yoluxduğu və ev şəraitində müalicə aldığı qeyd edilir. Uşağa əvvəllər qızılca əleyhinə peyvəndin vurulmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Neftçala rayonunda azyaşlının həkiməqədər ölümü qeydə alınıb.

Neftçala rayonunun Aşağı Surra kənd orta məktəbinin şagirdi qızılca səbəbindən vəfat edib.

Bu barədə APA-ya Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.