“Neftçi” Rusiyanın “Zenit” klubunu məğlub edib

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında yoldaşlıq görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, “Neftçi Arena”da oynanılan qarşılaşma paytaxt təmsilçisinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Reziuan Mirzov 9-cu və 61-ci dəqiqələrdə fərqlənərək dubl edib. Qonaq komandanın futbolçusu Du Keyruş isə 56-cı dəqiqədə fərqlənib.

Qeyd edək ki, Bakı klubu bu ilin iyulunda Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Matç TV” turnirində “Zenit”ə 1:3 hesabı ilə uduzmuşdu.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.