AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İclasda Premyer Liqanın XIII turunun “Neftçi” – “Sumqayıt” oyununda (1:2) baş verən qayda pozuntularına hüquqi qiymət verilib.
“Neftçi Arena”da keçirilmiş matçda hər iki tərəfdən 4 futbolçu sarı vərəqə aldığına görə klublar hərəyə 700 manat cərimə ediliblər.
Bundan başqa, görüş başa çatdıqdan sonra qonaq komandanın baş məşqçisi Samir Abasov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə gördüyü üçün 1 oyun, həmçinin bu il sentyabrın 19-da tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş şərti cəza üzərinə əlavə edilməkdə ümumilikdə 3 matç cəzalanıb. “Gənclik şəhəri” təmsilçisini isə 1000 manat ziyana düşüb.
Qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə isə “Neftçi” klubu 800 manat cərimələnib.